AzərbaycanРусскийEnglish
» » Təqdim edilən sənədlərin siyahısı

Təqdim edilən sənədlərin siyahısı

1. İddiaçının ərizəsi

2. İş yerində təsdiq olunmuş, üzərində fotoşəkil olan kadrların şəxsi uçot vərəqi – 2 nüsxə

3. Xasiyyətnamə - 1 nüsxə

4. Dissertasiyanın cildlənmiş nüsxələri - zəruri sayda və avtoreferatın əlyazması (dissertasiyanın bütün nüsxələrinin titul vərəqini iddiaçı imzalayır)

5. Dissertasiya mövzusunun AR Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasında təsdiq olunması haqqında protokoldan çıxarış - 2 nüsxə

6. Elmi rəhbərin (məsləhətçinin) rəyi - 2 nüsxə

7. Dissertasiyanın mövzusunun və elmi rəhbərin (məsləhətçinin) təsdiq olunması haqqında protokoldan çıxarış - 2 nüsxə

8. Doktorluq imtahanlarının verilməsi haqqında vəsiqə (fəlsəfə doktoru alimlik dərəcəsinin iddiaçıları üçün) - 2 nüsxə

9. Fəlsəfə doktoru alimlik dərəcəsi iddiaçıları üçün ali təhsil haqqında diplomun (xaricdə, o cümlədən MDB ölkələrində təhsil almış şəxslər üçün əlavə olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyindən verilmiş ekvivalentlik haqqında şəhadətnamənin) təsdiq edilmiş surəti - 2 nüsxə

Elmlər doktoru alimlik dərəcəsinə iddia edən şəxslər üçün fəlsəfə doktoru diplomunun (alimlik dərəcəsinin xaricdə, o cümlədən MDB ölkələrində almış şəxslər üçün əlavə olaraq, Komissiya tərəfindən verilmiş ekvivalentlik haqqında sənədin – diplomun) təsdiq edilmiş surəti - 2 nüsxə

10. Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu təşkilatın protokolu və rəyi (2 nüsxə), rəyin müzakirə olunduğu iclasın protokolu (2 nüsxə), resenzentlərin yazılı rəyləri (hər birindən 1 nüsxə) və müzakirənin gedişinin videoçəkilişi yazılmış kompakt disklər - 2 nüsxə

Rəy kafedra (laboratoriya, bölmə, şöbə) iclasının və ya seminarın protokolundan çıxarış şəklində tərtib edilir, təşkilatın rəhbəri tərəfindən təsdiq olunur və ona təşkilatın möhürü vurulur.
Protokol iclasın sədri və katibi tərəfindən imzalanır, onların imzası təşkilatın elmi katibi tərəfindən müvafiq qaydada təsdiq olunur.

11. İddiaçının elmi-pedaqoji və istehsalat fəaliyyəti haqqında xasiyyətnamə - 2 nüsxə
Xasiyyətnamə əsas iş yerindən verilir, təşkilatın (müəssisənin) rəhbəri tərəfindən imzalanır, gerbli möhürlə təsdiqlənib, tarix qoyulur.

12. Dissertasiyanın mövzusuna dair dərc olunmuş elmi əsərlərin siyahısı - 2 nüsxə

13. Dissertasiya mövzusuna dair dərc olunmuş məqalələr, konfrans materiallarınin surətləri və onların elektron surətləri (mündəricat daxil olmaqla), monoqrafiya və kitablar ayrıca qovluqda təqdim edilir - 2 nüsxə.

Xaricdə çap olunmuş işlərin dərc olunduğu elmi nəşrlərin əsli təqdim edilməlidir. Elmi nəşrlərin əsli olmadıqda məqalənin surətinə nəşrin internet saytının dəqiq ünvanını əks etdirən yazılı məlumat əlavə edilməlidir və bu internet ünvan elmi işlərin siyahısında göstərilməlidir.

© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.