AzərbaycanРусскийEnglish
» » » 2015-ci il üzrə tətbiq işləri

2015-ci il üzrə tətbiq işləri

2015-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutu tərəfindən plan üzrə 9 elmi-tədqiqat işi tətbiq edilmişdir:

1. Ştanqlı dərinlik nasoslu quyuların plunjer dinamoqramının əsasında nasosun dolma faizini təyin edən alqoritmlər və proqram təminatı işlənmiş və AzNeft İB-nin Bibiheybət mədənində tətbiq edilmişdir.
(Rzayev Abbas, Paşayev Fərhad, Rzayev Asif, Quluyev Qəmbər, Rizvanova Mülayim)

2. Ştanqlı dərinlik nasoslu quyuların mühərrikinin gücünün ifrat tezliklə ölçülməsi alqoritmləri və proqram təminatı işlənmiş və AzNeft İB-nin Bibiheybət mədənində tətbiq edilmişdir.
(Rzayev Asif, Quluyev Qəmbər)

3. Vattmetroqramların noise texnologiyalar əsasında analizi alqoritmləri və proqram təminatı işlənmiş və AzNeft İB-nin Bibiheybət mədənində tətbiq edilmişdir.
(Rzayev Asif, Quluyev Qəmbər)

4. "Dəm qazı ilə zəhərlənmədən sonrakı dövrün monitorinqi” Intellektual-informasiya sistemi işlənilmiş və Bakı ş. 1 saylı klinik xəstəxananın toksikologiya şöbəsində tətbiq edilmişdir.
(Abdullayeva Gülçin)

5. Büdcə təşkilatları üçün Maliyyə və Mühasibat Uçotu Hesabatları Sistemi (BTMMUH) yaradılmış və Azərbaycan Respublikası Maliyyə Nazirliyində tətbiq edilmişdir.
(Mənsimov Şəmsəddin (İSİ), Şərifov E. (Maliyyə Nazirliyi)

6. Elektron Statistik Baza və Analitik Hesabatlılıq Sistemi yaradılmış (mərhələ 2, davamı) və Azərbaycan Respublikası Mərkəzi Bankında tətbiq edilmişdir.
(Əsədova Pərvanə (İSİ), Nəsirov S. (AMB)

7. Azərpoçt MMC üçün Clix LMS Bilik İdarəetmə Sisteminin tələblərə uyğunlaşdırılması yerinə yetirilmiş və tətbiq edilmişdir.
(Həsənova C.C. (İSİ), Nəsirova S. (Azərpoçt)

8. "Əkinə yararlı sahələrdə torpaqların şorlaşmasının qarşısının alınması məqsədilə qrunt sularının səviyyəsinin idarə edilməsi modellərinin optimallıq şərtlərinin işlənməsi” sahəsində təklif edilən modellərdə optimallığı təmin edəcək şərtlərin müəyyən edilməsi üsulları işlənilmiş, nəzəri tədqiqatlar aparılmış və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyində tətbiq edilmişdir.
(Həsənov Allahverdi)

9. Fraktal strukturlu torpaq-qrunt mühitlərində rütubət və nəmlik mübadiləsi məsələlərinin tədqiqi aparılmış və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrotexnika və Meliorasiya EİB-nin "Hidromeliorativ sistemlərin istismarı” laboratoriyasında tətbiq edilmişdir.
(Həsənov Allahverdi)

© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.