AzərbaycanРусскийEnglish
» Xəbərlərin siyahısı: Aprel 2017 illər
26 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Patent və Əmtəə Nişanları Mərkəzi ilə birlikdə Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə "Azərbaycanda innovasiya potensialı” mövzusuna və "İxtiraçılıq sahəsində nailiyyətlərə görə İV Respublika Müsabiqəsi” qaliblərinin təltif olunmasına həsr olunan konfras keçirmişdir. Konfransda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru , akademik T.A.Əliyev, t.e.d., professor Ab.H.Rzayev, "Elmi texniki informasiya və patent tədqiqatları” şöbəsinin rəhbəri, t.ü.f.d., dosent R.Ş.Əsədova və patentşünas K.A.Kəngərlinskaya iştirak etmişlər.
27.04.2017-ci il tarixində AMEA-nın elmi mərkəzi kitabxanasında İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları və Valentin Boqorovun iştirakı ilə Thomson Reuters bazasından istifadə qaydaları ilə bağlı seminar   keçirilmişdir. Seminarda  bazadan istifadə qaydaları, o cümlədən, məqalələrin, jurnalların bazaya yerləşdirəlməsi, axtarış sistemindən istifadə və s. məlumatlar verilmişdir. Sonra Valentin Boqorov seminar iştirakçılarının suallarını ətraflı cavablandırılmışdır.
25 Aprel 2017-ci il İdarəetmə Sistemləri İnstutunda (İSİ-də) FAO-nun Azərbaycanda Əlaqə və Tərəfdaşlıq nümayəndəliyinin rəhbəri xanım Mələk Çaxmaqla görüş keçirilmişdir. Görüşdə qonaq son illər İdarəetmə Sistemləri İnstutunda (İSİ-də) əldə edilmiş elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi ilə taniş olmuşdur.

M. Çaxmaq İSİ –də yaradılmış "Regionda seysmik proseslərin başlanmasının intellektual seysmo-akustik xəbərdarlıq sistemi lahiyəsi” barədə məlumat almışdır. Bu layihənin nəzəri əsaslarını İSİ-də yaradılmış Robast noise texnologoyaları təşkil edir.
20 aprel 2017-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun 3.1, 3.2 saylı laboratoriyalarının Riyaziyyat və Mexanika İnstitutunun "Optimal idarəetmə şöbəsi” ilə birgə iclası keçirilmişdir. İclasda  Əşrəfova Yeganə Ramiz qızının riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin həll üsullarının işlənməsi və tətbiqi” mövzusu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
18.04.2017-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun akt zalında Thomson Reuters  Bazasının nümayəndəsi Aygün Babazadənin iştirakı ilə Thomson Reuters    bazasından istifadə qaydaları ilə bağlı seminarlar silsiləsinin ilk seminarı   keçirilmişdir. Seminar əsnasında  bazadan istifadə qaydaları, o cümlədən, məqalələrin, jurnalların bazaya yerləşdirəlməsi, axtarış sistemindən istifadə və s. məlumatlar verilmişdir. Sonra  Aygün Babazadə seminar iştirakçılarının suallarını ətraflı cavablandırılmışdır.
AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, Idarəetmə Sistemləri İnstitunun saylı "Qəzaların monitorinqi və proqnozlaşdırılması” laboratoriyasının rəhbəri, texnika elmləri doktoru, professor Əminağa Sadıqovun "Fövqəladə hallarda idarəetmə məsələlərinin həll modelləri və texnologiyaları” adlı monoqrafiyası işıq üzü görüb.
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin nəzəri problemləri” şöbəsinin müdiri, akademik Asəf Haciyev aprel ayının 5-6 tarixlərində İstanbulda keçirilən XX-ci Avro-Asiya Sammitində iştirak etmişdir. Sammitdə bir neçə ölkənin Prezidentləri və Baş Nazirləri, deputatlar və nazirlər iştrak etmişdirlər. Asəf Haciyev çıxışında dünya üçün təhlükəli olan terrorla mubarizə və terror nəticəsində böyük sayda olan qaçqınlar məsələsinə toxunmuşdur. Terror nəticəsində dünya iqtisadiyyatına vurulan ziyan bu gün 400 mlrd. ABŞ dollarını keçmışdir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına vurulan zərər artıq qeyd olunan rəqəmin 10%-dan çoxdur.
AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Elxan Səbziyev 03.04.2017 – 07.04.2017 tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən "Agile Eastern Europe Conference" Beynəlxalq konfransda istirak etmişdir.

Konfransın əsas müzakirə mövzusu Avropa baxımından innovativlik və innovativ ideyaların tətbiqi problemlərinin analizi, proqram və texniki məhsulların adaptasiya məsələləri olmuşdur.
T. Babayev, AMEA "Xarici əlaqələr və innovasiyalar” şöbəsinin müdiri, IDEALIST layihəsinin 5-6 aprel 2017-ci il tarixlərində Sofiyada keçirilən "Addressing Impact in H2020 Proposals" seminarıda iştirak etmişdir.

İkigünlük seminar НORIZON 2020 üçün layihələrin hazırlanmasının mühüm aspektlərinə həsr olunmuşdur və aşağıdakı məsələləri əhatə edib:

1. İstismarının planlaşdırılması və nəticələrin qiymətləndirilməsi metodikası və alətləri
2. Nəticələrin qiymətləndirilməsi, qorunması, yayılması və istifadəsi...
20-21 aprel 2017-ci il tarixində Ufa şəhərində III-cü Beynəlxalq (VI-cı Ümumrusiya) "Müəssisələrin ELEkTRIK intiqalları, Elektron Texnologiyaları və elektron cihazları" adlı Elmi və texniki Konfrans keçiriləcək.

AMEA İdarəetmə Sistemləri İnstitutunun "Neftqazçıxarma obyektlərin nəzarət, diaqnostika və idarəetmə sistemləri" Laboratoriyasının rəhbəri, t.ü.f.d., dos. Rzayev Asif Hacı oğlu Konfransın Təşkilat Komitəsinin tərkibinə daxil edilmişdir.