AzərbaycanРусскийEnglish
» Xəbərlərin siyahısı: 12.04.2017
AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, Idarəetmə Sistemləri İnstitunun saylı "Qəzaların monitorinqi və proqnozlaşdırılması” laboratoriyasının rəhbəri, texnika elmləri doktoru, professor Əminağa Sadıqovun "Fövqəladə hallarda idarəetmə məsələlərinin həll modelləri və texnologiyaları” adlı monoqrafiyası işıq üzü görüb.
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin nəzəri problemləri” şöbəsinin müdiri, akademik Asəf Haciyev aprel ayının 5-6 tarixlərində İstanbulda keçirilən XX-ci Avro-Asiya Sammitində iştirak etmişdir. Sammitdə bir neçə ölkənin Prezidentləri və Baş Nazirləri, deputatlar və nazirlər iştrak etmişdirlər. Asəf Haciyev çıxışında dünya üçün təhlükəli olan terrorla mubarizə və terror nəticəsində böyük sayda olan qaçqınlar məsələsinə toxunmuşdur. Terror nəticəsində dünya iqtisadiyyatına vurulan ziyan bu gün 400 mlrd. ABŞ dollarını keçmışdir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına vurulan zərər artıq qeyd olunan rəqəmin 10%-dan çoxdur.