AzərbaycanРусскийEnglish
» Xəbərlərin siyahısı: 28.04.2017
26 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Patent və Əmtəə Nişanları Mərkəzi ilə birlikdə Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə "Azərbaycanda innovasiya potensialı” mövzusuna və "İxtiraçılıq sahəsində nailiyyətlərə görə İV Respublika Müsabiqəsi” qaliblərinin təltif olunmasına həsr olunan konfras keçirmişdir. Konfransda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru , akademik T.A.Əliyev, t.e.d., professor Ab.H.Rzayev, "Elmi texniki informasiya və patent tədqiqatları” şöbəsinin rəhbəri, t.ü.f.d., dosent R.Ş.Əsədova və patentşünas K.A.Kəngərlinskaya iştirak etmişlər.
27.04.2017-ci il tarixində AMEA-nın elmi mərkəzi kitabxanasında İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları və Valentin Boqorovun iştirakı ilə Thomson Reuters bazasından istifadə qaydaları ilə bağlı seminar   keçirilmişdir. Seminarda  bazadan istifadə qaydaları, o cümlədən, məqalələrin, jurnalların bazaya yerləşdirəlməsi, axtarış sistemindən istifadə və s. məlumatlar verilmişdir. Sonra Valentin Boqorov seminar iştirakçılarının suallarını ətraflı cavablandırılmışdır.
25 Aprel 2017-ci il İdarəetmə Sistemləri İnstutunda (İSİ-də) FAO-nun Azərbaycanda Əlaqə və Tərəfdaşlıq nümayəndəliyinin rəhbəri xanım Mələk Çaxmaqla görüş keçirilmişdir. Görüşdə qonaq son illər İdarəetmə Sistemləri İnstutunda (İSİ-də) əldə edilmiş elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi ilə taniş olmuşdur.

M. Çaxmaq İSİ –də yaradılmış "Regionda seysmik proseslərin başlanmasının intellektual seysmo-akustik xəbərdarlıq sistemi lahiyəsi” barədə məlumat almışdır. Bu layihənin nəzəri əsaslarını İSİ-də yaradılmış Robast noise texnologoyaları təşkil edir.