AzərbaycanРусскийEnglish
» Xəbərlərin siyahısı: 01.05.2017
Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatının 1/4 finalında iki görüş keçirilib. İlk olaraq Neft Kimya Prosesləri İnstitutu ilə bir araya gələn İdarəetmə Sistemləri İnstitutu rəqib üzərində 4 - 2 hesabla qalib gəlib. İnformasiya Texnologiyaları İnstitutu isə İqtisadiyyat İnstitutunun eyniadlı komandası ilə bacarmayıb. Onlar iqtisadçılara 7 - 0 hesabla məğlub olublar.