AzərbaycanРусскийEnglish
» Xəbərlərin siyahısı: 04.05.2017
4 may   2017 –ci il tarixində  Azərbaycan Milli Elmlər  Akademiyasnın Rəyasət Heyyətində İnformatika Texnologiyaları İnstitutunun Viki Mərkəzi tərəfindən təşkil olunmuş iclas keçirildi. Tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev açdı və iştirakçılara Vikipediya işi ilə bağlı tövsiyələr verərək onları bu işdə daha da fəal və aktiv olmağa çağırdı. 
İclasın sonunda Vikipediya üzrə təlim kursunu bitirmiş əməkdaşlara sertifikatlar təqdim edildi. İdarəetmə Sistemləri İnstitutunun bir qrup əməkdaşıları da Vikipediya kurslarını bitirmış və sertifikatla təltif olunmuşlar.
12 may 2017-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının iclası keçirilcək. İclasda  AMEA-nın akademiki T.A. Əliyevın rəhbərliyi ilə Rzayev Asif Hacı oğlunun texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Az debitli quyulardan neftçıxarma proseslərinin küy monitorinq, diaqnostika, idarəetmə texnologiya və sistemləri" mövzusu üzrə dissertasiya işinin müdafiəsi keçiriləcək.