AzərbaycanРусскийEnglish
» Xəbərlərin siyahısı: 12.05.2017
İdarəetmə Sistemləri İnstitutununu magistrantları Alışzadə Nigar Oktay qızı, Nəcəfova Lamiyə Həmzə qızı və Məmmədova Ləman Heybət qızı 11-12 may 2017-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Magistrantların XVII Respublika Elmi Konfransında çıxış etmişdirlər. Magistrant Alışzadə Nigar I yerə layiq görülmüş və diplomla təltif olunmuşdur.
12 may 2017-ci il tarixində Bakı olimpiya stadionunda IV İslam həmrəyliyi oyunlarının açılış mərasimi keçirilmişdir. Açılış mərasimində iştirak edən könüllülər arasında İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Puşnova Valeriya da iştirak etmişdir. Bu mərasimin hazırlanmasında 5 minə yaxın adam, o cümlədən, texniki heyət və bir qrup aktyor, səhnə üzrə mütəxəssislər iştirak etmişdirlər. Valeriya Puşnova "Cast Volonteer" mövqeyinə dəvət olunmuşdur.

Xatırladaq ki, 12-22 may 2017-cı il tarixlərində Azərbaycanın paytaxtı Bakıda "Bakı-2017” IV İslam həmrəyliyi oyunları keçirilir. Oyunlar dörd əsas dəyərlərə arxalanır - "Birlik", "Sülh", "Hörmət", "Mükəmməllik" və "Bizim Gücümüz həmrəylikdir" devizi altında keçirilir. Oyunlarının proqramına 24 müxtəlif idman növləri daxil edilib.