AzərbaycanРусскийEnglish
» Xəbərlərin siyahısı: 17.05.2017
17 may 2017-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda "Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” mövzusunda I respublika konfransı keçirilmişdir.
AMEA Rəyasət Heyəti, AR Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılıq etdiyi konfransda Təhsil Nazirliyinin nümayəndələri, AMEA-nın institut və təşkilatlarının rəhbərləri, ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə aparıcı alim və mütəxəssisləri, həmçinin KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq konfransın 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə təsadüf etdiyini qeyd etdi. Ölkədə informasiya cəmiyyəti quruculuğunda bilavasitə iştirak edən hər kəsi bu əlamətdar gün münasibəti ilə təbrik etdi.
AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev "Azərbaycanda proqramlaşdırmanın yaranması və təşəkkülü” mövzusunda məruzə ilə çıxış etdi.
Mayın 17-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər idarəsi və Azad Həmkarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan "AMEA-nın gənc alim və mütəxəssislərinin dördüncü futbol çempionatı”nın final oyunu və mükafatlandırma mərasimi keçirilib.
Çempionatın final oyununda İdarəetmə Sistemləri və İqtisadiyyat institutlarının komandaları III yer uğrunda mübarizə aparıblar. Bu yarışmada 6:4 hesabı ilə İdarəetmə Sistemləri İnstitutunun komandası qələbə qazanıb. Birinci yer uğrunda isə AMEA-nın Geologiya və Geofizika İnstitutu ilə Fizika İnstitutunun komandaları mübarizə aparıblar. 2:1 hesabla Fizika İnstitutunun komandası çempionatın qalibi olub.