AzərbaycanРусскийEnglish
» Xəbərlərin siyahısı: 07.06.2017
İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin rəhbəri, r.ü.f.d. Sevinc Quliyeva və şöbənin baş mütəxəssisi Əsmər Muxtarova 5-6 iyun 2017-ci il tarixlərində Excelsior Baku Hotelində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramına uyğun olaraq AMEA-da hazırlanmış "Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində keçirilmiş seminarda iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 10 may 2017-ci il tarixli 267 №-li "AMEA-nın magistrantları üçün yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən magistrantların 2016/2017-ci tədris ili üzrə imtahan sessiyası 2017-ci il 01 iyundan 05 iyuladək keçiriləcək.

İdarəetmə Sistemləri İnstitutunda 060509- "Kömpüter elmləri” və 060628- "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan 3 magistrant sessiya imtahanlarında iştirak edir.
6-7 iyun 2017-ci ildə Belarusiyanın Minsk şəhərində Şərqi tərəfdaşlıq proqramının 2-ci Platforması "İqtisadi inteqrasiya və AB  strategiyalarıyla  yaxınlaşma” çərçivəsində Rəqəmsal bazarların harmonizasiyası təşəbüsünün( HDM initiatives) elektron ticarət (EU4Digital: eTrade) üzrə 2-ci seminarı keçirilmişdir . Azərbaycan nümayəndə heyətinin tərkibi:

1. Tofiq Babayev, Azərbaycanın Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və   innovasiyalar şöbəsinin müdiri, Azərbaycanda FET & ICT NCP HORIZON2020  üzrə milli təmsilçi...