AzərbaycanРусскийEnglish
» Xəbərlərin siyahısı: 06.07.2017
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, Fizika-riyaziyyat elmləri namizədi, dosent  Anar Rəhimov, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi Şamo Tapdıqov və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi Xaqani Eynullazadə AZTV-nin "Səhər" proqramının qonağı olublar. Verilişdə gənc alimlər xarici elmi ezamiyyətlərdə əldə etdikləri təcrübələri bölüşüblər.
AMEA Rəyasət Heyətinin 5 iyul 2017-ci il tarixli iclasında AMEA-nın professoru üzrə seçkilər keçirilib. Respublikanın elm və ali təhsil müəsissələri tərəfindən irəli sürülmüş namizədlərdən 12 nəfər AMEA-nın professoru seçilib.

AMEA İdarəetmə Sistemləri İnstitutunun 2.1. saylı İdarəetmənin riyazi məsələləri laboratoriyasının rəhbəri, riyaziyyat elmləri doktoru İlqar Qürbət oğlu Məmmədov və 3.1 saylı Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı laboratoriyasının aparıcı elmi işçisi, riyaziyyat elmləri doktoru Vaqif Maarif oğlu Abdullayev də seçilənlər arasındadırlar.

Hər iki alimi təbrik edirik, Onlara möhkəm can sağlığı, gələcək elmi işlərində nailiyyətlər arzulayırıq.