AzərbaycanРусскийEnglish
» Xəbərlərin siyahısı: 06.09.2017
06 sentyabr 2017-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun 3.1 saylı "Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsulları” laboratoriyanın iclası keçirilmişdir. İclasda  Quliyev Samir Zakir oğlunun riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Численное решение некоторых классов задач параметрической идентификации и оптимального управления ” mövzusu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Arktika İctimai Elmlər Akademiyasının və AMEA İdarəetmə Sistemləri İnstitutunun "Arktika regionlar üçün seysmomüdafiənin dayanıqlı sistemlərinin Uyğunlaşması" müəllif kollektivinin elmi işi, Rusiya Federasiyasının və Rusiya Energetika Nazirliyinin dəstəyi ilə keçirilən "2017-ci ildə Arktikanın və qitə şelfinin mənimsədilməsinə və inkişafına yönəlmiş beynəlxalq elmi, elmi-texniki və innovativ inkişaf müsabiqəsi"nin nəticəsinə görə laureat olmuşdur. Lahiyənin hazırlanmasında İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları iştirak edirdilər: İSİ-nin direktoru, akademik Telman Əliyev, 1.6 saylı İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyasının rəhbəri, t.e.d. Elçin Əliyev, 1.5 saylı Texniki obyektlərin monitorinqi və nəzarət sistemləri laboratoriyasının rəhbəri t.e.d. Qəmbər Quluev, həmin laboratoriyanın aparıcı elmi işçisi Fərhad Paşayev, mühəndis-elektronçu Əsgər Almasov.