AzərbaycanРусскийEnglish
» » » » Sadıqov Əminağa Bəhman oğlu

Sadıqov Əminağa Bəhman oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Lerik rayonu

Təvəllüdü 18.12.1962
Bitirdiyi ali təhsil müəssisəsi Dnepropetrosk Dövlət Universiteti, Tətbiqi-riyaziyyat fakültəsi
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi Professor
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri və adı
- mövzunun adı
- 01.02.04 – "Bərk cism mexanikası”
- Əks əyriliyi olan panelə malik mürəkkəb çoxtəbəqəli silindrik örtüklərin dayanıqlığı və rəqsləri
Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri və adı
- mövzunun adı
- 1203.01 – "Kompüter elmləri”
- Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün modellər və texnologiyalar
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 112
- Xaricdə çıxmış elmi əsərlərinin sayı 43
- Respublikada çıxmış elmi əsərlərinin sayı 69
- Konfrans məruzələri və tezislər sayı 31
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı
- elmlər doktorlarının sayı
- 5
-
Əsas elmi nailiyyətləri - Qəzaya səbəb olan təsədüfi hallar arasında səbəb-nəticə əlaqələrini aşkar etmək, qəza risklərinin yaranmasını qiymətləndirmək və ani dəyişiklikləri olan prosesləri modelləşdirmək üçün yeni metodologiya işlənmişdir. Bu metodologiya ekoloji təhlükəli odyektlərin təhlükəsizliyini maksimum təmin etməyə imkan yaradır.

- Yanğın zamanı metropolitenin yeraltı qurğularında hava axınlarının hərəkətinin modelləşdirilməsi üçün məcburi və sərbəst konvensiya mənbələrindən asılı olaraq, ətalət qüvvələrinin istilik müqaviməti və dispersiyası nəzərə alınaraq tuneldə qaz sərfinin dinamikasını öyrənmək üçün ədədi modelləşdirmə metodu işlənmişdir;

- Qlobal və hidroloji dəyişikliklərin qarşılıqlı təsirinin formallaşdırılması əsasında su ehtiyatlarının idarə edilməsi üçün riyazi model işlənmişdir. Bu model hidroloji sistemlərin vəziyyətinə təsir göstərən kiçik kəsilməz dəyişikliklərin nəticəsi olan qəfil sıçrayışabənzər rejimlərin tədqiqinə imkan verir.
Əsas elmi əsərlərinin adları (max. 5)
Elmi qurumlarda üzvlüyü
  1. 1994-ci ildən UNESCO-nun informatika üzrə ekspertləri sırasına daxil edilmişdir;
  2. "Мехатроника, Автоматизация, управление” jurnalının redaksiya heyətinin üzvüdür.
Pedaqoji fəaliyyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində "İnformasiya texnologiyaları və sistemləri" kafedrasının müdiri
Digər fəaliyyəti
  1. AMEA İdarəetmə Sistemləri İnstitutunda "Qəzaların monitorinqi və proqnozlaşdırılması” laboratoriyasının müdiri;
  2. AMEA İdarəetmə Sistemləri İnstitutunun nəzdindəki D 01.121 Dissertasiya Şurasının üzvüdür.
Təltif və mükafatları
  1. AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub (3 dəfə);
  2. 2005-ci ildə Azərbaycan Respublikasının "Tərəqqi”medalı ilə təltif olunub.
İş yeri və ünvanı AMEA Rəyasət Heyəti,
AZ1001, Azərbaycan Respublikası, Bakı ş., İstiqlaliyyət küç., 30
Vəzifəsi Laboratoriya rəhbəri
Xidməti telefon (+994 12) 492-66-70
Mobil telefon (+994 50) 679-04-18
Faks (+994 12) 492-66-70
Elektron poçt
Veb sayt

© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.