AzərbaycanРусскийEnglish
» » Elmi istiqamətlər

Elmi istiqamətlər

İnstitut elmi-tədqiqat işlərini Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strateqiyasının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” haqqında sərəncamına uygun elmi proqramlar əsasında formalaşdırır. Milli strategiyaya uyğun aşagıdaki elmi prioritet istiqamətlər müəyyənləşdirilmişdir:

1. Sənaye obyektlərinin rentabelliyinin artırılmasına və rəqabətə dözən məhsul istehsal etməyə imkan verən hibrid informasiya texnologiyalarının və intellektual idarəetmə sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri;

2.
Ölkənin iqtisadiyyatı və ekologiyasına böyük miqyaslı zərər vura bilən qəzaların proqnozlaşdırılmasını təmin edən monitorinq texnologiyalarının və sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri;

3.
İqtisadi və istehsalat proseslərinin riyazi modelləşdirməsi, identifikasiyası, optimallaşdırılması və idarə olunmasının nəzəri və tətbiqi problemləri;

4.
İntellektual texnologiyaların və informasiya-telekommunikasiya sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri;

5.
İstehsalat sahələrinin səmərəli, suboptimal və optimal rejimlərdə işləməsini təmin edən müxtəlif təyinatlı və səviyyəli yeni nəsil "intellektual, hibrid, robast nəzarət, diaqnostika, proqnozlaşdırma və idarəetmə sistemlərinin” yaranmasının nəzəri əsaslarının işlənməsi.

İnstitut geniş əhatəli fundamental problemləri tədqiq edir:
İdentifikasiya nəzəriyyəsi; siqnalların emalı; riyazi modelləşdirmə; optimallaşdırma; süni intellekt; müxtəlif təyinatlı və səviyyəli intellektual informasiya sistemləri;  neftqazçıxarma, neftemalı, nəqliyyat, energetika, tikinti sahələrini əhatə edən paylanmış intellektual monitorinq və diaqnostika sistemləri və s.

© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.