AzərbaycanРусскийEnglish
» » Magistratura

Magistratura

2016-cı ildə ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda 2016/2017-ci tədris ili üçün magistraturaya 2 ixtisas üzrə qəbul keçirilmişdir. Aparılmış qəbulun nəticəsi olaraq İnstitutun magistraturasına plan üzrə 3 nəfər qəbul olunmuşdur:

060509- "Kompüter elmləri” ixtisası,
"İdarəetmənin informasiya texnologiyaları” ixtisaslaşması üzrə:

1. Nəcəfova Lamiyə Həmzə qızı
– Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin "Riyaziyyat” ixtisası üzrə məzunu, 113 bal;

2. Alışzadə Nigar Oktay qızı – Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin "Kompüter elmləri” ixtisası üzrə məzunu, 110 bal.

060628- "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası,
"Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi” ixtisaslaşması üzrə:

1. Məmmədova Ləman Heybət qızı
– Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə məzunu, 92 bal.

Qəbul olmuş magistrantlar İnstitutda işlə təmin edilmiş, dərslərin keçirilməsi üçün lazımi şərait yaradılmış, onlara kompüter və proyektorla təchiz edilmiş dərs otağı ayrılmışdır. Dərslər İnstitutun pedaqoji təcrübəsi olan aparıcı alimləri tərəfindən keçirilir.

Magistratura  Magistratura

Magistratura

© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.