AzərbaycanРусскийEnglish
» » İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbərinin kitabı 40 il sonra yenidən Moskvada nəşr olunmuşdur

İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbərinin kitabı 40 il sonra yenidən Moskvada nəşr olunmuşdur

R.Ə. Qarayevin "İnformasiyanın boru kəmərlərinin AİS-də yığılması və ötürülməsi” kitabı 1975-ci ildə Moskvada ("Energi” nəş.) çap olunmuşdur (http://www.twirpx.com/file/760290/).

Kitabda magistral boru kəmərləri üçün telemexaniki sistemlərdə (SCADA) kanalların etibarlılığının və toxunulmazlığının təminatı üzrə tədqiqatların nəticələri kompakt formada göstərilmişdir.

Müəllif bu tədqiqatların nəticələrinə keçmiş SSRİ-nin telemexanika sənayesi sahəsindəki qabaqcıl təşkilatların: Avtomatika və Telemexanika İnstitutunun (indiki REA İdarəetmə Problemləri İnstitutu, Moskva ş.), Kompleks Avtomatlaşdırma üzrə Mərkəzi Elmi-tədqiqat institutunun (KAMETİ, Moskva ş.), AİS MLKB (Moskva ş.), AİS LKB (Leninqrad ş.) və "Serck Controls” ingilis şirkətinin kollektivləri ilə uzun müddət əməkdaşlıq sayəsində nail olmuşdur.

İşlənmiş telemexaniki sistemlər İttifaqın magistral neftboru, neftməhsuluboru və qazboru kəmərlərində, həmçinin Qərbi və Şərqi Sibir yataqlarının neft və qazını QİYŞ ölkələrinə nəql edən transmilli boru kəmərlərində qurulmuş və ekspluatasiya edilmişdir.

Kitab 2016-cı ildə Moskvada "МЕЕ Медиа” nəşriyyatı tərəfindən yenidən çap edilmişdir.

(https://www.books.ru/books/sbor-i-peredacha-informatsii-v-asu-truboprovodami-3573885/)

Kitab hal-hazırda rus dilli müəlliflərin disertasiya işlərində və məqalələrində istifadə olunur, Rusiya, Qazaxstan və Ukraynanın kitabxana və ticarət e-saytlarında yerləşdirilmişdir.

İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbərinin kitabı 40 il sonra yenidən Moskvada nəşr olunmuşdur

© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.