AzərbaycanРусскийEnglish
» » “İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi”

“İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi”

26 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Patent və Əmtəə Nişanları Mərkəzi ilə birlikdə Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə "Azərbaycanda innovasiya potensialı” mövzusuna və "İxtiraçılıq sahəsində nailiyyətlərə görə İV Respublika Müsabiqəsi” qaliblərinin təltif olunmasına həsr olunan konfras keçirmişdir. Konfransda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru , akademik T.A.Əliyev, t.e.d., professor Ab.H.Rzayev, "Elmi texniki informasiya və patent tədqiqatları” şöbəsinin rəhbəri, t.ü.f.d., dosent R.Ş.Əsədova və patentşünas K.A.Kəngərlinskaya iştirak etmişlər. İdarəetmə Sistemləri İnstitutu müsabiqəyə 6 Avrasiya patenti təgdim etmişdir. Müsabiqənin nəticələrinə görə 3 patent həvəsləndirici yerə, 4 patent 3-cü yerə, 3 patent 2-ci yerə, 1 patent isə 1-ci yerə layiq görülmüşdür.

Müəllifləri Əliyev T.A. və Rzayevа N.E. olan "Ürək-damar və tənəffüs yolları sisteminin fəaliyyətinin monitorinqi üsulu” ( Способ мониторинга деятельности сердечно-сосудистой системы и дыхательных путей) Avrasiya patenti 2-ci yerə layiq görülmüşdür.

“İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi”   “İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi”


© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.