AzərbaycanРусскийEnglish
» » Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatının 1/4 final oyunları keçrilir

Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatının 1/4 final oyunları keçrilir

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatının 1/4 finalında iki görüş keçirilib. İlk olaraq Neft Kimya Prosesləri İnstitutu ilə bir araya gələn İdarəetmə Sistemləri İnstitutu rəqib üzərində 4 - 2 hesabla qalib gəlib. İnformasiya Texnologiyaları İnstitutu isə İqtisadiyyat İnstitutunun eyniadlı komandası ilə bacarmayıb. Onlar iqtisadçılara 7 - 0 hesabla məğlub olublar.

Sabah keçiriləcək daha iki oyunla Çempionatın yarımfinalına adını yazacaq komandalara tam aydınlıq gətiriləcək. Bu dəfə indiyə qədər keçirilən 3 çempionatda bütün növ medalları təmin etmiş Geologiya və Geofizika İnstitutu komandası Radiasiya Problemləri İnstitutunun komandasını, sonuncu çempionatın qalibi olan Fizika İnstitutu isə Coğrafiya İnstitutunun komandasını sınağa çəkəcəklər.

© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.