AzərbaycanРусскийEnglish
» » Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatının 1/4 final oyunlarına yekun vuruldu, yarımfinal oyunları mayın 5-də keçiriləcək

Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatının 1/4 final oyunlarına yekun vuruldu, yarımfinal oyunları mayın 5-də keçiriləcək

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatının 1/4 finalında qalan iki görüş keçirilib. Beləliklə bu iki oyunla Çempionatın yarımfinalına adını yazacaq 4 komandanın hamısının adı məlum olub. Bu mərhələdə Geologiya və Geofizika İnstitutu komandası Radiasiya Problemləri İnstitutunun komandasını 7 -1, Fizika İnstitutu isə Coğrafiya İnstitutunun komandasını 20 - 6 hesabla məğlub edərək, yarımfinala vəsiqəni təmin ediblər.

Yarımfinal oyunları mayın 5-də baş tutacaq. Həmin tarixdə saat 14:00-da Geologiya və Geofizika İnstitutu komandası İqtisadiyyat, saat 15:00-da isə Fizika İnstitutu isə İdarəetmə Sistemləri İnstitutu komandaları qarşı-qarşıya gələcəklər.

© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.