AzərbaycanРусскийEnglish
» » İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin əməkdaşları “Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində keçirilən seminarda iştirak ediblər

İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin əməkdaşları “Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində keçirilən seminarda iştirak ediblər

İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin rəhbəri, r.ü.f.d. Sevinc Quliyeva və şöbənin baş mütəxəssisi Əsmər Muxtarova 5-6 iyun 2017-ci il tarixlərində Excelsior Baku Hotelində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramına uyğun olaraq AMEA-da hazırlanmış "Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində keçirilmiş seminarda iştirak ediblər.

Seminarda Avropa ölkələrinin aparıcı ekspertləri – Rumıniyanın Babeş-Boyyayi Universiteti və Texnologiya İnstitutunun əməkdaşı Kristina Dobrota, Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetinin professoru Diana Kopeva, İspaniyanın La Laguna Universitetinin baş direktoru Qvintero Leon, Sloveniyanın Lyublyana Texnologiya parkının əməkdaşı Domen Bole "Təhsil-Elm-Start up İnnovasiya modeli” sahəsində Avropa İttifaqı ölkələrinin əldə etdiyi nailiyyətlər, universitetlərlə sənaye müəssisələri arasında həyata keçirilən əməkdaşlığın uğurlu nəticələri, gənclərin innovativ elmi ideyalarının biznes layihələrinə çevrilməsi, həmçinin Azərbaycanda da bu modelin qurularaq inkişaf etdirilməsi üçün vacib olan məsələlər haqqında məruzələrlə çıxış ediblər.

© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.