AzərbaycanРусскийEnglish
» » Əməkdaşımız M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında Dövlət İmtahan Komissiyalarının üzvü olmuşdur

Əməkdaşımız M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında Dövlət İmtahan Komissiyalarının üzvü olmuşdur

Institutumuzun 2.1 saylı İdarəetmənin riyazi məsələləri laboratoriyasının rəhbəri vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru İlqar Qürbət oğlu Məmmədov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının tətbiqi riyaziyyat fakültəsində 2017-ci ildə filialın tətbiqi riyaziyyat ixtisasının bakalavr və magistr pillələri üzrə Dövlət imtahanlarının keçirilməsi,buraxılış kvalifikasiya işlərinin və magistr dissertasiyalarının müdafiəsi üçün təşkil edilmiş Dövlət İmtahan Komissiyalarının üzvü olmuşdur. Dövlət İmtahan Komissiyalarının  iclasları 2017-ci ildə  30 may, 1iyun,2 iyun, 5 iyun ,8 iyun və 9 iyun tarixlərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında keçirilmişdir.

Mənbə: www.msu.az

© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.