AzərbaycanРусскийEnglish
» » » Dissertasiya şurasının növbəti iclası keçiriləcək

Dissertasiya şurasının növbəti iclası keçiriləcək

16 iyun 2017-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının iclası keçirilcək. İclasda  AMEA-nın akademiki T.A. Əliyevin rəhbərliyi ilə Rzayeva Nərmin Eldar qızının texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "ÜRƏK KÜYÜNÜN ROBAST NOİSE ANALİZ TEXNOLOGİYASININ TƏTBİQİ İLƏ ÜRƏK FƏALİYYƏTİNİN MONİTORİNQİ SİSTEMİ" mövzusu üzrə və t.e.d., prof., AMEA-nın müxbir üzvü A.Z. Məlikovun rəhbərliyi ilə Cəfər-zadə Turan İlqar qızının texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "SIÇRAYIŞLI PRİORİTETLƏRİ OLAN KÜTLƏVİ XİDMƏT SİSTEMLƏRİNİN ANALİZİ” mövzusu üzrə dissertasiya işlərinin müdafiəsi keçiriləcək.

© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.