AzərbaycanРусскийEnglish
» » İSİ Əməkdaşları Formula1-2017 yarışının könüllülər proqramında iştirak etmişlər

İSİ Əməkdaşları Formula1-2017 yarışının könüllülər proqramında iştirak etmişlər

23-25 İyun 2017-ci il tarixində Bakıda ilk dəfə Formula1 Azərbaycan Qran Pri yarışları keçirilib.
Paytaxt küçələri bu günlərdə idman və mədəniyyətin parlaq bayram məkanına çevrilmişdir. 01 fevral 2017-ci ildən 01 iyun 2017-ci il tarixinə qədər 10 mindən artıq könüllü Formula1 yarışlarının təşkilində iştirak etmək istəyi ilə ərizə təqdim etmişdir. Qeydiyyatdan keçənlər Könüllülər mərkəzinə müsahibə üçün dəvət olundular. Müsahibədən uğurla keçmiş iştirakçılar yarışlara hazırlıq məqsədi ilə xüsusi seminar və treninqlərdə iştirak etmişlər. Beləliklə, 5 min könüllü seçildi, və onların arasında İSİ əməkdaşları Babayevə Sevinc və Puşnova Valeriya da var idi.
Babayeva Sevinc yarış zamanı gündəlik olaraq hər bir avtomobili, o cümlədən qəzaya uğramış  avtomobilləri təftiş edərək təhlükəsizlik və uyğunuq tələblərinə cavab verdiyini müəyyən edən 300 iştirakçıdan ibarət qrupa "Marschall Scrutineering" mövqeyinə dəvət olunmuşdur.
Puşnova Valeriya Avropa Formula1 Qran-pri yarışlarının açılış mərasiminə dəvət olunan 700-dən artıq aktyor, musiqiçi, rəqqas və könüllülərdən ibarət qrupa "Cast Volonteer" mövqeyinə dəvət olunmuşdur.
Bakıda Formula1 Azərbaycan Qran-pri yarışları dövlət səviyyəsində təşkil olunmuşdur ki, buda layihənin statusunu və ölkə üçün kəsb etdiyi vacibliyini vurğulayıb.
Azərbaycan bir daha sübut etdi ki, mühüm iri miqyaslı beynəlxalq layihələri ən yüksək səviyyədə təşkil edib və keçirdməyə qadirdir!

İSİ Əməkdaşları Formula1-2017 yarışının könüllülər proqramında iştirak etmişlər İSİ Əməkdaşları Formula1-2017 yarışının könüllülər proqramında iştirak etmişlər İSİ Əməkdaşları Formula1-2017 yarışının könüllülər proqramında iştirak etmişlər

İSİ Əməkdaşları Formula1-2017 yarışının könüllülər proqramında iştirak etmişlər

© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.