Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun magistraturasına qəbul
16 May 2016Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun magistraturasına 2016/2017-ci tədris ili üçün aşağıdakı ixtisaslaşmalar üzrə qəbul elan edilmişdir:
060509- Kompüter elmləri ixtisası:
"İdarəetmənin informasiya texnologiyaları” ixtisaslaşması üzrə – 2 yer
060628- Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası:
"Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi” ixtisaslaşması üzrə – 1 yer
Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun magistraturasına qəbul olunmaq istəyənlər arasında müsahibə keçiriləcəkdir. Magistraturaya qəbul olunanların İnstitutda işlə təmin edilərək elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaları və magistraturanı müvəffəqiyyətlə bitirdikdən sonra İnstitutun doktoranturasına qəbul olunmaları nəzərdə tutulur.
Müsahibə komissiyasının iş vaxtı:
13-17 iyun 2016-cı il tarixlərində hər gün saat 10:00-dan 17:00-dək.
Ünvan: Bəxtiyar Vahabzadə küçəsi 9. 1-ci mərtəbə, 107 №-li otaq.
Əlaqə nömrələri:
539-28-26 (Təhsil şöbəsi); 539-39-43 (elmi katib).
-
03.05.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.04.2024
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
22.04.2024
İdarəetmə Sistemləri İnstitutunda 2024-cü ilin may ayında ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və fərq imtahanları keçiriləcək