Magistrlik dissertasiyasının müdafiəsi keçiriləcək
06 İyun 201812 iyun 2018-ci ildə saat 10:00-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 060509- “Kompüter elmləri” ixtisası üzrə magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın iclası keçiriləcək. İclasda r.e.d., prof., AMEA-nın müxbir üzvü K.R.Ayda-zadənin rəhbərliyi ilə İdarəetmə Sistemləri İnstitutunun II kurs magistrantı Lamiyə Həmzə qızı Nəcəfovanın “Azərbaycan dilindəki mətnlərin müəlliflərinin identifikasiyası üçün alqoritm və proqram təminatının işlənilməsi” və r.ü.f.d., dos. G.G.Abdullayevanın rəhbərliyi ilə İdarəetmə Sistemləri İnstitutun II kurs magistrantı Nigar Oktay qızı Alışzadənin “Hidroelektrik stansiyaların aqreqatlarının diaqnostikası üçün intellektual informasiya texnologiyalarının işlənilməsi (Mingəçevir Su Elektrik Stansiyası misalında)” mövzusunda magistrlik dissertasiya işlərinin müdafiəsi keçiriləcək.
-
03.05.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.04.2024
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
22.04.2024
İdarəetmə Sistemləri İnstitutunda 2024-cü ilin may ayında ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və fərq imtahanları keçiriləcək