AEROEX 2016
08 Sentyabr 2016Hörmətli həmkarlar!
Diqqətinizə çatdırırıq ki, 13-15 oktyabr 2016-cı il tarixində Türkiyənin Kayseri şəhərində Beynəlxalq aerokosmik AEROEX 2016 sərgi keçiriləcək (http://aeroex.org).
AEROEX 2016 sərgisinin əsas məqsədi aviasiya və kosmik texnologiyalar sahəsində çalışan alimlər, təşkilatlar və şirkətlər arasında yeni əlaqələr və əməkdaşlıqların qurulmasıdır.
Sərginin əsas mövzuları: aerokosmik materiyallar, avionika, aerokosmik kommunikasiya sistemləri, enerji səmərəliliyi, "yaşıl” texnologiyalar, başlanğic sistemləri, peyk texnologiyaları, dron yaradma və istifadə texnologiyaları.
AEROEX 2016 əsnasında üç əsas fəaliyyət planlaşdırılır: aerokosmik tədqiqat layihələrinin prezentasiyası, aerokosmik mövzuda mühazirə və müzakirələr, və əməkdaşlıq və əlaqələrin qurulması üçün təşkil olunan tədbir (B2B Matchmaking Event).
İdarə sistemləri İnstitutunun direktoru Telman Əliyev sərgiyə münsiflər heyətinin üzvü kimi dəvət olunmuşdur. "Xarici əlaqələr və innovasiya” şöbəsinin rəhbəri Tofiq Babayev sərgiyə dəvət olunanar arasındadı. T.Babayev AEROEX 2016 sərgisinə Azərbaycan alimlərinin elmi layihələrini sərgiyə təqdim edəcək.
AEROEX 2016 sərgisində sizin adınızdan təqdim edilməsi üçün Layihə təkliflərinizi "Xarici əlaqələr və innovasiya” şöbəsinə yönləndirməyinizi xahiş edirik. Layihə təklifləri forması aşağida yerləşdirilib.
-
15.05.2024
Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü Beynəlxalq Konfrans (PLMO 2024) keçiriləcəkdir -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
29.03.2024
ED 1.20 Dissertasiya şurasının iclası keçiriləcək -
18.03.2024
Elmi Şuranın növbəti iclası keçiriləcək