Laboratoriyanın adı | İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyası |
Telefon | (+994 12) 510-11-00 |
Laboratoriyanın müdiri | Əliyev Elçin Rəşid oğlu Texnika elmləri doktoru, professor |
Əsas fəaliyyət istiqamətləri | Qərarqəbuletmə texnologiyalarının işlənilməsi və idarəçiliyin müxtəlif səviyyələrində tətbiqi. |
Əsas elmi nəticələri | - Qeyri-müəyyənlik şəraitində obyektivlik dərəcəsini artırmaq məqsədilə çoxmeyarlı alternativ seçimin qeyri-səlis təhlilinə əsaslanaraq mikrokredit borcalanlarının məsuliyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair müvafiq üsullar və alqoritmlər işlənilmişdir; - İctimai respondentlərin ümumi rəylərini nəzərə alan adaptiv qərarların qəbul edilməsini dəstəkləyən informasiya sisteminin strukturu və analitik nüvəsi işlənilmişdir; - MODIS (LPDAAC) kosmik monitorinq sisteminin peyk şəkilləri əsasında əldə olunmuş vegetasiya (bitki örtüyü) NDVI indeksinin dinamikasını əks etdirən müvafiq zaman sırasının multispektral verilənlərinin qeyri-səlis təhlili əsasında 1-ci və 2-ci tərtibli proqnozlaşdırma modelləri işlənilmişdir; - “Ağıllı şəhər” konsepsiyasının işlənib hazırlanması və həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən qarşılıqlı əlaqə və süni intellektin tətbiqi məsələləri araşdırılmışdır. |
-
03.05.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.04.2024
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
22.04.2024
İdarəetmə Sistemləri İnstitutunda 2024-cü ilin may ayında ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və fərq imtahanları keçiriləcək