Laboratoriyanın adı | İntellektual informasiya-ölçmə sistemləri laboratoriyası |
Telefon | (+994 12) 539-13-88 |
Laboratoriyanın müdiri | İsayev Məzahir Məhəmməd oğlu Texnika üzrə fəlsəfə doktoru, dosent |
Əsas fəaliyyət istiqamətləri | Texnoloji proseslərin müxtəlif səviyyəli robast nəzarət, diaqnostika və idarəetmə sistemlərinin intellektual texnologiyalarının və sistemlərinin işlənilməsi. |
Əsas elmi nəticələri | - Neftin uçot qovşağında məhsulun miqdarının dəqiq təyini məqsədi ilə onun tərkibində olan çoxsaylı qarışıqların parametrlərinin qiymətləndirilməsi üçün inteqral göstəricinin təyini alqoritmi və struktur model təklif olunmuş, çoxparametrli obyektlərin paylanmış strukturlu informasiya-ölçmə sistemlərinin informativ parametrləri arasındakı funksional asılılıqlar müəyyən edilmişdir; - Respublika ərazisində çıxarılan neftin parametrlərini yüksək dəqiqliklə təyin etmək üçün effektiv və etibarlı strukturaya malik, qlobal şəbəkəyə çıxışı olan avtomatlaşdırılmış intellektual multisistem və alqoritmi müəyyən edilmişdir; - Xam neftin uçot qovşağında yüksək ölçmə dəqiqliyini təmin edən yeni strukturalı informasiya-ölçmə və idarəetmə sisteminin topoloji strukturu işlənmişdir; - Etalon maye kütlələrinin hidrostatik təzyiqlərinin yüksək dəqiqliklə ölçülməsi hesabına ixtiyari həndəsi ölçülü neft çənləri üçün fərdi kalibirləmə cədvəllərinin (FKC) tərtibatı metodikası və proqram-alqoritmik təminatı işlənmişdir; - Müxtəlif həndəsi ölçülü və konfiqurasiyaları neft çənləri üçün avtomatik dərəcələmə sistemi və alqoritm işlənilmiş, xəta təşkilediciləri tədqiq edilmiş, təshihedici alqoritmlər işlənmişdir. |
-
15.05.2024
Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü Beynəlxalq Konfrans (PLMO 2024) keçiriləcəkdir -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
29.03.2024
ED 1.20 Dissertasiya şurasının iclası keçiriləcək -
18.03.2024
Elmi Şuranın növbəti iclası keçiriləcək