İnstitutun əməkdaşlarına AMEA-nın professoru diplomları təqdim olundu
22.09.2017 / XəbərlərSentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Öncə dünya şöhrətli alim Lütfi Zadənin xatirəsi ehtiramla yad edilib, zəngin elmi irsinin əhəmiyyətindən söz açılıb.
Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə bir qrup alimə AMEA-nın professoru diplomlarını təqdim edib. O cümlədən AMEA İdarəetmə Sistemləri İnstitutunun 2.1. saylı İdarəetmənin riyazi məsələləri laboratoriyasının rəhbəri, riyaziyyat elmləri doktoru İlqar Qürbət oğlu Məmmədova və 3.1 saylı Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı laboratoriyasının aparıcı elmi işçisi, riyaziyyat elmləri doktoru Vaqif Maarif oğlu Abdullayevə də diplomlar təqdim olunmuşdur.