Azərbaycan nümayəndəliyi Еlektron əməkdaşlıq üzrə Avropa Birliyinin Konfransında və Rəqəmsal İqtisadiyyat üzrə Şərq Əməkdaşlığı ölkələrinin 2-ci Nazir müşavirəsində iştirak etmişdir
05.10.2017 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun "Xarici əlaqələr və innovasiya" şöbəsinin müdiri , Azərbaycanda , FET və İKT NCP HORIZON2020, EU4Digital: Etrade üzrə şəbəkə eksperti, Azərbaycanda HDM üzrəəlaqələndirici şəxs Tofiq Babayev 4-5 oktyabr 2017-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Estoniyanın paytaxtı Tallındə beyməlxalq konfransda iştirak etmişdir. Nümayəndə heyətinin tərkibinə həmçinin aşağıdakı iştirakçılar daxildir:
- Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini, nümayəndə heyətinin rəhbəri Elmir Vəlizadə,
- Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, "Elm İnkişaf, Texnologiya və İnformasiya Cəmiyyəti" şöbəsinin rəhbəri HDM üzrə milli koordinator ,İsbəndiyar Əliyev,
- Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hüquq şöbəsinin baş məsləhətçisi Bəxtiyar Məmmədov,
- Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəetmə İnkişafı Departamentinin müşaviri Elgün Vəliyev,
- Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşı Toğrul Hüseynov.
4 oktyabrda Azərbaycan nümayəndə heyəti elektron əməkdaşlıq üzrə Avropa Birliyinin Konfransında iştirak etmişdir, burada Elmir Vəlizadə Azərbaycan nümayəndə heyəti adından açılış nitqi ilə çıxış etmişdir və Bəxtiyar Məmmədov da "kiberməkanın Təhlükəsizliyi"№1 Sessiyasının " kiberməkanın etibarlılığının təminatı üçün hökumətlər Nə etməlidir?" № 1 Panelinin panelçilərdən biri olmuşdur.
Konfrans Avropa Birliyinin Şərq əməkdaşlığının ölkələri dövlət proseslərinin və kiberməkanın təhlükəsizliyin təmin olunmasının şəffaflığının artımı üçün İKT-dən necə istifadə edilməsinə həsr edilmişdi.
Konfransda elektron idarəetmənin inkişafı sahəsində Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindəəldə edilmiş müsbət nəticələr nümayiş etdirilmiş, regionda cari vəziyyətin qiymətləndirilməsi aparılmış və irəli getməyin yolları müzakirə olunmuşdur. Avropa Birliyinin üzv ölkələrindən və Şərq əməkdaşlığı ölkələrindən ekspertlər və siyasətçilər kiberməkanın və elektron demokratiyanın təhlükəsizliyi ilə bağlı sualları, həmçinin vəziyyətin yaxşılaşması üçün fikir mübadiləsinin ən yaxşı metodlarını müzakirə etmiş, kiberməkanın təhlükəsizliyinin yaxşılaşdırılması və elektron demokratiyanın inkişafı üçün tövsiyələr hazırlanmışdır.
5 oktyabrda günün birinci yarısında "sərhədsiz Musiqi" şəxsi musiqi konserti olmuş, qabaqcıl yüksək sürətli şəbəkələrin və innovasiya texnologiyalarının sayəsində, məşhur musiqiçilər, Tallin və Minskdə olaraq, real zaman rejimində birlikdə çalmışdılar. Bu eksklüziv tədbir eyni zamanda musiqili əyləncə və ahəngdar beynəlxalq əməkdaşlığa dəstək üçün rəqəmsal texnologiyaların potensialının nümayişi oldu.
Günün ikinci yarısı rəqəmsal iqtisadiyyat üzrə Şərq əməkdaşlığı ölkələrinin 2-ci Nazir müşavirəsinə həsr edilmişdi. Müşavirənin məqsədi ondan 2015-ci ildə rəqəmsal iqtisadiyyat üzrə Şərq əməkdaşlığı ölkələrinin 1-ci nazir müşavirəsinin bəyannaməsinin imzalanmasından sonra nail olunmuş müvəffəqiyyətləri, həmçinin vətəndaşların həyatına və müəssisələrin rəqabətə davamlılığına təsir edəcək konkret hədəflər və nəticələr daxil olmaqla 2020-ci ildə gələcək planları müzakirə etməkdən ibarət idi, Rəqəmsal əməkdaşlıq üçün lazımlı siyasi təkanı təmin edən bəyannamə qəbul edilmişdi.