Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
28.11.2014 / Dissertasiya şurasının iclasları28 noyabr 2014-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda Hüseynova Aytən Əmiraslan qızının texniki üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Korporativ kompüter şəbəkələrində İnternet xidmətlərin səmərəliliyin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.