Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
01.07.2014 / Dissertasiya şurasının iclasları01 iyul 2014-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda aparıcı təşkilat kimi elmi seminar keçirilmişdir.
Seminarda Abdullayev Pərviz Şahmurad oğlunun texnika üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün 5302.01 – "Ekonometriya" ixtisası üzrə yerinə yetirdiyi "Aviasiya qaz turbin mühərriklərinin diaqnozlaşdırma sistemlərinin intellektulaşdırılması” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.