Elmi şuranın növbəti iclası keçirildi
03.11.2016 / Elmi şuranın iclasları3 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun növbəti iclası keçirilmişdir. İclasda 2.5 saylı ”Diskret optimallaşdırılma modelləri və üsulları” laboratoriyasının, 2.6 saylı "İdarəetmənin ehtimal üsulları” laboratoriyasının, 3.7 saylı "Neft sənayesində nanotexnologiyaların tətbiqində riyazi modelləşdirmə” laboratoriyasının və 3 saylı "İdarəetmə üsulları və modelləşdirmə” şöbəsi 2016-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.