Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
24.06.2014 / Dissertasiya şurasının iclasları24 iyun 2014-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda Qardaşova Lətafət Abbas qızının texnika üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Neft emalı müəssisənin idarə edilməsi sistemlərində qeyri-səlis mühitdə qərar qəbuletmə” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.