Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
29.05.2014 / Dissertasiya şurasının iclasları29 may 2014-cü ildə AMEA "İdarəetmə Sistemləri" İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda Zeynalov Elçin Ramiz oğlunun texnika üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Müxtəlif tip qeyri-müəyyənlikli modellərlə yazılan dinamik obyektlər üçün qeyri-səlis təmzinləyicilərin sintezi üsullarının işlənməsi” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.