Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
18.09.2012 / Dissertasiya şurasının iclasları18 sentyabr 2012-ci ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
İsmaylova Kəmalə Şirin qızının texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 05.11.01 – "Ölçmə cihazları və üsulları" ixtisası üzrə yerinə yetirdiyi "Mioqrafiyada bioelektrik siqnallarının intellektual ölçə cihazı" mövzusu və Əliyev Timur Çinqiz oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 05.11.16 – "İnformasiya ölçmə və idarəetmə sistemləri" ixtisası üzrə yerinə yetirdiyi "Obyektlər arasındakı yaxınlıq ölçüsünün qiymətləndi-rilməsinin dəqiqləşdirilməsi yolu ilə binar ikiölçülü təsvirlərin tanınmasının səhihliyinin artırılması" mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.