Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
16.10.2012 / Dissertasiya şurasının iclasları16 oktyabr 2012-ci ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda Yusifov İltizam Balayusif oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 05.13.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Neft quyularının hasilatının ölçmə üsulları və vasitələ-rinin işlənməsi" mövzusu və Məmmədov Ulduz Qurbanəli oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 05.11.01 – "Ölçmə cihazları və üsulları" ixtisası üzrə yerinə yetirdiyi "Maqistral boru kəmərlərinrezervar parklarında nəql olunan neftin əsəs parametrlərini ölçən qurğular" mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.