İSİ əməkdaşı tərs məsələlərə həsr olunmuş Yay məktəbində iştirak etmişdir
17.04.2015 / Mühüm xəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar 2015-ci il aprel ayının 13-dən 17-nə kimi Fransanın Marsel şəhərindəki Beynəlxaq Riyaziyyat Tədbirləri Mərkəzində (CIRM-Centre International de Rencontres Mathématiques) keçirilən "Tərs Məsələlər üzrə Yay Məktəbi”ndə (Summer Pre-School on Inverse Problems) iştirak etmişdir.
Əsasən doktorantlar, post-doktorantlar və gənc tədqiqatçılar üçün təşkil olunmuş yay məktəbinə müxtəlif ölkələrdən 52 iştirakçı qatılmışdır. Yay məktəbi müddətində tərs məsələlərə aid 3 mini-kurs və əlavə olaraq 5 icmal mühazirə təşkil olunmuşdur. Mini-kurslarda tərs məsələlər sahəsində tanınmış alimlər - prof. Alberto Ruiz (Madrid Avtonom Universiteti, İspaniya - Universidad Autónoma de Madrid), prof. Mikko Salo (Yuvaskula Niversiteti, Finlandiya - University of Jyväskylä) və prof. Stiv Zeldiçin (Şimal-Qərb Universiteti, ABŞ - Northwestern University) silsilə mühazirələri dinlənilmişdir. Bundan əlavə prof. Qunter Uhlman (Vaşinqton Universiteti, ABŞ - University of Washington), prof. Samuli Siltanen (Helsinki Universiteti, Finlandiya - University of Helsinki), Lauri Oksanen (London Kolleci Universiteti, İngiltərə - University College London), Leo Tzou (Stokholm Uniresitet, İsveç - Stockholm University) və Tinq Zou (Şimal-Qərb Universiteti, ABŞ - Northwestern University) icmal mühazirələrində bu sahənin müasir məsələlərindən və gələcək perspektivləri haqqında geniş məlumat vermişlər.