İSİ əməkdaşı Marsel Riyaziyyat İnstitutunda çıxış edəcək
12.11.2015 / Mühüm xəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar 1 dekabr 2015-ci il tarixində saat 11:00-da Eks-Marsel Universitetinin (Aix-Marseille Universite, Marsel, Fransa) və Fransa Milli Tədqiqatlar Mərkəzinin (CNRS) nəzdindəki Marsel Riyaziyyat İnstitutunun (www.i2m.univ-amu.fr) «Riyaziyyat və Kompyuter Elmləri Mərkəzi»nin ümumi Elmi Seminarında məruzə ilə çıxış edəcək. Məruzənin mövzusu "Parabolik tənlik üçün tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” adlanır. Bu haqda məlumat Marsel Riyaziyyat İnstitutunun rəsmi veb səhifəsində yerləşdirilmişdir: http://www.i2m.univ-amu.fr/Seminaire-Analyse-Appliquee-AA-112?lang=fr