İSİ əməkdaşı 3-cü İllik Beynəlxalq Arktika seminarında iştirak etmişdir
30.10.2015 / Mühüm xəbərlərAMEA-nın İdarəetmə Sistemləri İnstitutu və Sinam şirkəti Arktikada ( beynəlxalq sazişlərə əsasən o, Rusiya, ABŞ, Norvegiya, Daniya və Kanada arasinda bölünmüşdür) layihəlıəri həyata keçirmək təklifi ilə çixiş etdilər. Bu haqda SİNAM şirkəti məlumat verib.
Təkliflər Sankt-Peterburqda keçirilən 3-cü İllik Beynəlxalq "Arktika” seminarinda irəli sürülmüşdülər.
Tədbirdə ıştirak edənlərin sayı 60-dan çox idi: Azərbaycandan, Almaniyadan, Norvecdən, Sankt-Peterburqdan, Murmanskdan olan ekspertlər, ali təhsil müəsisələrinin müəllim və tələbələri, və KİV nümayəndələri.
Əsas yeniliklərdən biri müəllifi Arktika Elmlər Akademiyası, İdarəetmə Sistemləri İnstitutu və Sinam şirkəti olduğu "Yakutiyanın seysmoproqnozu” layihəsinin REA-nin Sankr-Peterburq elmi mərkəzinin qidrofizikanın fundamental və tətbiqi problemləri üzrə Sovet Bürosu tərəfindən təsdiqi oldu.
Layihə İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri olan Tahir Əlizadə tərəfindən təqdim olundu.
Layihənin praktiki hissəsi SİNAM şirkəti tərəfindən həyata keçiriləcək. Bundan başqa, SİNAM şirkəti ağir klimatik şəraiti olan bu bölgənin inkişafında yüksək texnologiyalarin istifadəsini də təklif etdilər. Azərbaycan şirkəti Arktika zonasina daxil olan ölkələrdə avtomatlaşdırılmış monitorinq sisteminin, şəhər ünvanlarinin informasiya idarəetmə sisteminin, şəhər nəqliyyatının idarəetmə sisteminin həyata keçirilməsi və elektron kart və naviqasiya sisteminin yaradilmasını təklif etdi.