AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Fransada Beynəlxalq konfransda iştirak etmişdir
19.05.2016 / Mühüm xəbərlər16-19 may 2016-cı il tarixlərində Fransanın cənubunda yerləşən Porkorol adasında (Ile de Porquerolles) Dalğa Proseslərinin Nəzəri və Ədədi Analizinin Yeni İstiqamətləri mövzusunda Beynəlxalq konfrans keçirilib ("New Trends in Theoretıcal and Numerıcal Analysıs of Waveguıdes”). Beynəlxalq konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar iştirak edib.
Konfrans dalğa proseslərinin riyazi modelləşdirilməsinə, onlarla bağlı düz və tərs məsələlərin nəzəri və ədədi həllinə həsr olunmuşdur. Konfransın əsas məqsədi riyaziyyat, riyazi fizika, tətbiqi fizika və ədədi analiz sahəsindən olan tədqiqatçıları bir araya gətirib, mürəkkəb sistemlərlə bağlı spessifik məsələlər ətrafında onların qarşılıqlı əlaqələrinə təkan vermək idi.
Konfransda dünyada tanınmış alimlərdən olan Masahiro Yamamoto (Yaponiya), David Dos Santos, Patrik Coli, Filip Briet, Kristof Hazard (Fransa), Yaroslav Ditriç (Çex Respublikası), Raymond Brummelhuis (Böyük Britaniya) və başqaları maraqlı məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, Rəhimov A. hal-hazırda "AMEA-nın gənc alim və mütəxəssislərinin Avropanın elm mərkəzlərində doktorantura təhsili və elmi-tədqiqat işləri aparması” proqramı çərçivəsində Fransanın Marsel şəhərində Eks-Marsel Universiteti və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) nəzdindəki Frenel Elmi-Tədqiqat İnstitutunda tərs məsələlərin ədədi həlli istiqamətində elmi-tədqiqat işləri aparır.