İnstitutun əməkdaşları beynəlxalq konfransda online rejimdə iştirak etmişlər
27.04.2016 / Mühüm xəbərlər27.04.2016-cı il AMEA İdarəetmə Sistemləri İnstitutunun 3.1 saylı "Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsulları” laboratoriyasının əməkdaşları Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi Omsk Dövlət Texniki Universitetinin keçirdiyi "Tətbiqi riyaziyyat və fundamental informatika” adlı VI Beynəlxalq konfransda online rejimdə iştirak etmişlər. Konfransda AMEA-nın müxbir üzvü K.R. Ayda-zadə Y.R. Əşrəfova ilə "Oптимальное управление эволюционными процессами при отсутствии точной информации об их начальных условиях” adlı birgə işi ilə plenar çıxış etmişdir. Konfransda eyni zamanda online rejimdə laboratoriya işçiləri Talıbov S.Q., Abdullayev V.M., Əsədova C.Ə., Əşrəfova Y.R., Quliyev S.Z. ümumilikdə 6 məruzə ilə çixiş etmişlər, müxtəlif sualları cavablandırmışlar. Ənənəvi olaraq 3 ildir ki, laboratoriya işçilərinin online rejimdə edilmiş çıxışları bu dəfə də dinləyicilər tərəfindən yüksək qarşılanmışdır.