Brüsseldə rəqəmsal bazarların harmonizasiyası üzrə (2nd HDM PANEL) 2-ci panel görüşü keçirilib
18.10.2016 / Mühüm xəbərlər2016-ci il oktyabrın 17-18-də Brüsseldə (Belçika) Azərbaycan nümayəndə heyəti tərkibində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri İsbəndiyar Əliyev, Dövlət Gömrük Komitəsinin nümayəndəsi Anar Süleymanov, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun "Xarici əlaqələr və innovasiyalar" şöbəsinin müdiri Tofiq Babayev, Texnoparkın direktor müavini Cəlal Rəhimov olmaqla rəqəmsal bazarların (2nd HDM) harmonizasiyası üzrə 2-ci panelin işində iştirak etmişlər.
Görüşdə aşağıdakı əsas məsələlər müzakirə edilmişdir: Şərq Tərəfdaşlığı ölkələrində elektron rabitə tənzimləyiciləri, tərəfdaş ölkələrin GEANT Pan-avropa tədqiqat və təhsil şəbəkəsinə qoşulmasına aid olan EaPconnect layihəsinin cari nəticələri, həmçinin rəqəmli innovasiya, rəqəmli savadlılıq, rəqəmsal etimad və təhlükəsizlik, elektron ticarət üzrə Şərq Tərəfdaşlığı ölkələrinin yeni şəbəkələri; HDM elektron ticarət və elektron logistika sahəsində yeni tədqiqatlar; Elektron sağlamlıq üzrə Şərq Tərəfdaşlığı ölkələrinin xüsusi seminarı, rəqəmsal birliy (Digital Community) məsələləri.
Iclasda eyni zamanda Şərq Tərəfdaşlığı ölkələrində eTrade və eLogistics, istiqamətlərində xüsusi sorguların keçirilməsi təklif olunmuşdur.
Sonda 18 Oktyabr 2016-cı il Rəqəmsal Cəmiyət üzrə Nazirlər Müşavirəsinə təqdim olunması üçün regional EU4DİGİTAL şəbəkələrinən fəaliyyəti barədə təkliflər hazırlanmışdir.