“Elektron idarəediləbilən su və istisu sayğacları” layihəsinin təqdimat mərasimi
13.11.2017 / Xəbərlər13.11.2017-ci il tarixində AMEA İdarətmə Sistemləri İnstitutunda “Elektron idarəediləbilən su və istisu sayğacları” layihəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə AMEA YT Parkının və AME İSİ-nin əməkdaşları iştrak etdilər. Mərasimdə İSİ-nin direktoru akademik Telman Əliyev və AMEA YT Parkının direktoru Vüqar Babayev açılış nitqi ilə çıxış ediblər.
Türkəyinin EUROMET şirkətinin rəhbəri Recai Coşkun şirkət tərəfindən istehsal olunan müxtəlif tipli elektron idarəediləbilən su və isti su sayğacları barədə ətraflı məlumat vermişdir.
Təqdimat çərçivəsində İdarətmə Sistemləri İnstitutunda son zamanlar yaradılmış və böyük innovativ – tədqiq əhəmiyyətli aşağıdakı layihələr barədə məlumat verilmişdir:
1. Mühərriklərin idarə edilməsində dünyada əvəzi olmayan Tezlik Çeviricilərinin (TÇ) və TÇ əsaslı Enerjiyə Qənaət Avadanlıqlarının (EQA) istehsalı;
2. Müasir tipli Yanacaq Paylama Kalonkalarının (YPK) istehsalı;
3. Reklam sənayesində geniş yayılmış LED Displey panellərinin istehsalı;
4. Enerji daşıyicılarının (su,qaz, işıq) avtomatlaşdırılmış nəzarət, hesabat və idarəetmə sistemı. Mühəndis texniki sistemlərin təhlükəsizliyinin nəzarəti və idarə edilməsi
Təqdimat və İSİ-nin layihələri ətrafında aparılan geniş müzakirələrdə yerli mütəxəssislər və EPC Group Şirkətinin rəhbəri Mohammad Miabi iştrak etdilər.
Tədbirin sonunda EUROMET şirkəti, EPC Group Şirkəti, AMEA YTP və İSİ arasında gələcək qarşılıqlı əməkdaşlığ barəsində fikir mübadiləsi aparildı.