Dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
21.04.2017 / Dissertasiya şurasının iclasları20 aprel 2017-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun 3.1, 3.2 saylı laboratoriyalarının Riyaziyyat və Mexanika İnstitutunun "Optimal idarəetmə şöbəsi” ilə birgə iclası keçirilmişdir. İclasda Əşrəfova Yeganə Ramiz qızının riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin həll üsullarının işlənməsi və tətbiqi” mövzusu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.