EBSCO məlumat bazasına həsr olunmuş seminar keçirildi
01.06.2017 / Xəbərlər31 may 2017-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) İrina Kreyçarovanın iştirakı ilə EBSCO məlumat bazasından istifadə qaydaları ilə bağlı seminar keçirilmişdir. Seminarda bazadan istifadə qaydaları, o cümlədən, məqalələrin, jurnalların bazaya yerləşdirilməsi, axtarış sistemindən istifadə və s. məlumatlar verilmişdir. Sonra İrina Kreyçarova seminar iştirakçılarının suallarını ətraflı cavablandırmışdır. İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları - Babayeva Sevinc, Puşnova Valeriya və Hacıyeva Ana həmin seminarda iştirak etmişdirlər.