İdarəetmə Sistemləri İnstitutunun magistrantı Alışzadə Nigar Oktay qızı “Magistr-2017” müsabiqəsinin qalibi olmuşdur
26.05.2017 / XəbərlərAMEA prezidentinin 23 yanvar 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında "Magistr-2017” müsabiqəsi keçirilib.
AMEA prezidentinin 16 may 2017-ci il tarixli sərəncamına əsasən "Magistr-2017” müsabiqəsinin nəticələrinə görə İnstitutun I kurs magistrantı Alışzadə Nigar Oktay qızı 1-ci yer üzrə qalib hesab edilmiş və AMEA Rəyasət Heyətinin mayın 24-də keçirilən iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən 1-ci dərəcəli diplom və 1500 manat pul mükafatı ilə mükafatlandırılmışdır.