“Fövqəladə hallarda idarəetmə məsələlərinin həll modelləri və texnologiyaları” adlı monoqrafiya çapdan çıxıb
12.04.2017 / Nəşr fəaliyyətiAMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, Idarəetmə Sistemləri İnstitunun saylı "Qəzaların monitorinqi və proqnozlaşdırılması” laboratoriyasının rəhbəri, texnika elmləri doktoru, professor Əminağa Sadıqovun "Fövqəladə hallarda idarəetmə məsələlərinin həll modelləri və texnologiyaları” adlı monoqrafiyası işıq üzü görüb.
"Elm” nəşriyyatı tərəfindən çap olunan kitabın elmi redaktoru, İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, rəyçisi isə texnika elmləri doktoru, professor Allahverdi Həsənovdur.
Monoqrafiyada fövqəladə hallarda mühafizə tədbirlərinin idarə olunmasının təkmilləşdirilməsinə yönəlmiş yeni modellər, metodlar və vasitələr tədqiq edilir.
Nəşr fövqəladə hallarda əhalinin mühafizəsi üzrə dövlət orqanlarının əməkdaşları, elmi işçilər və ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub.