AMEA İSİ əməkdaşı Elxan Səbzivevin "Agile Eastern Europe Conference" Beynəlxalq konfransda istirakı
07.04.2017 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Elxan Səbziyev 03.04.2017 – 07.04.2017 tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən "Agile Eastern Europe Conference" Beynəlxalq konfransda istirak etmişdir.
Konfransın əsas müzakirə mövzusu Avropa baxımından innovativlik və innovativ ideyaların tətbiqi problemlərinin analizi, proqram və texniki məhsulların adaptasiya məsələləri olmuşdur.