Məlahət Murtuzayeva «Ən yaxşı vətənpərvər tədqiqatçı alim» adına layiq görüldü
10.03.2017 / Xəbərlər"Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, kənd təsəruffatında istehsal həcminin inkişafının proqnozlaşdırılması modelləri, aqrar sahədə Azərbaycanın xarici əlaqələrinin səmərəliliyinin artırılması sahəsində, ölkədə iqtisadiyyat elminin inkişafı tarixində göstərdiyi xidmətinə görə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Murtuzayeva Məlahət Mustafa qızı «Ən yaxşı vətənpərvər tədqiqatçı alim» adına layiq görülmüşdür və qızıl medal ilə təltif edilmişdir.